14 Mart 2019 17:08
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “kürd soyqırımı” törətməkdə və müxalifət nümayəndələrini həbs etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, İsrail başçısı növbəti dəfə Türkiyə prezidentini diktator adlandırıb.

Netanyahu deyib:

“On minlərlə siyasi müxalifət nümayəndəsini həbs edən bir diktator, kürdlərə qarşı soyqırım törədən və Şimali Kipri işğal edən Ərdoğan İsrail dövlətinə, İsrail ordusuna əxlaq dərsi verir”.

İsrail baş naziri qeyd edib ki, Türkiyə prezidenti insan haqlarına hörməti yalnız İsraildən öyrənə bilər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bundan əvvəlki çıxışında Binyamin Netanyahunu “fələstinli uşaqları öldürən qatil” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər