ABŞ-da “Demokrat Partiyasının yüksələn ulduzu” kimi təqdim edilən Konqresin Nümayəndələr Məclisinin üzvü Robert Orouke prezidentliyə namizədliyini irəli sürəcəyini elan edib.
Teleqraf.com xəbər verir ki, 45 yaşlı siyasətçi namizədliyini irəli sürmək qərarını açıqlayan 15-ci demokratdır.
Əvvəlcə Demokrat Partiyasının prezidentliyə namizədi olmaq üçün yarışacaq Robert Orouke bəyan edib ki, Texas Ştatının El Paso şəhərində əldə etdikləri uğurdan qürur duyur və namizədliyinin irəli sürməsinin səbəbi də bununla bağlıdır. O, əlavə edib ki, El Paso şəhərinin durumu ABŞ kimi ölkənin ən gözəl nümunəsidir.
Sabiq konqresmen namizədliyini dünən irəli sürüb və hesab edilir ki, seçki kampaniyasına kilid əyalət hesab olunan Lovada başlayacaq.