15 Mart 2019 17:33
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp və Ağ Ev Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanların gülləbaran edilməsi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Ağ Evin yaydığı açıqlamada ABŞ-ın Yeni Zelandiyada gerçəkləşdirilən terror aktını şiddətlə qınadığı bildirilib. Verilən açıqlamada məscidə hücum nifrət aktı olaraq dəyərləndirilib.

“Məscidlərə yönəlik hücumdan sonra Yeni Zelandiya xalqına ən səmimi duyğularımı və xoş arzularımı çatdırıram. 49 günahsız insan şüursuz şəkildə öldürüldü və bir çoxu da yaralandı. ABŞ Yeni Zelandiyanın yanındadır. Hamımızı Allah qorusun”, – bunu isə D.Tramp bildirib.


Müəllif: Səxavət