Avstraliyada bir yeniyetmə Yeni Zelandiyada məscidə terror hücumunda miqrantların dolayı yolla günahkar olduğunu deyən senator Freyzer Enninqin başına yumurta çırpıb.
Teleqraf.com xəbər verir ki, hücumun videosu “Tvitter”ə jurnalist Brayn Tayler Koen tərəfindən yerləşdirilib.
Kadrlarlardan görünür ki, yeniyetmə siyasətçiyə yaxınlaşır və yumurtanı onun başına çırpır. Enninq buna cavab olaraq yeniyetmənin üzünə zərbə endirir və bunu davam etdirməyə çalışır. Tərəfləri hadisə yerində olan jurnalistlər ayırırlar.
Adı çəkilən senator daha öncə bildirib ki, Yeni Zelandiyadakı terror aktına müsəlman fanatiklərə bu ölkəyə köçməyə imkan verən miqrasiya proqramı səbəb olub. O, bir qədər sonra sözlərini sosial şəbəkədən silib. Bununla belə bu sözlər internetdə yayılıb.
Avstraliyanın Baş naziri Skott Morrison isə senatorun sözlərini “çox iyrənc” adlandırıb.