18 Mart 2019 09:01
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Daxili işlər nazirinin müavini Hüseyn Zülfiqarlı Türkiyə ilə sərhədə nəzarəti gücləndirmək üçün birgə əməliyyat aparılacağını bildirib.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə o, mətbuat konfransındakı açıqlamasında deyib.

Hüseyn Zülfiqarlı iki ölkənin sərhəd təhlükəsizliyi sahəsində gərəkli addımlar atdığını bəyan edib: "Türkiyə-İran sərhədində ortaq əməliyyat aparacağıq. Sərhəddə ümumilikdə problem yoxdur".

Bundan əvvəl birgə əməliyyat barədəTürkiyə Daxili işlər naziri Süleyman Soylu anons vermişdi. Birgə əməliyyat PKK-ya qarşıdır.


Müəllif: Mahir

Oxşar xəbərlər