19 Mart 2019 12:40
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixin ən amansız seriya qətlləri arasında yerini alan Nenni Doss 4 noyabr 1905-ci ildə ABŞ-ın Alabama ştatında dünyaya gəlib.

Teleqraf.com xəbər N.Doss 5 uşaqlı ailənin son üzvü idi və atasının təzyiqlərindən dolayı olduqca bədbəxt idi.

Ailəsinin kobudluğundan qurtulmaq üçün kiçik yaşda ərə gedən Nenninin əri də atası kimi bir insan olunca qadın ilk cinayətini işlətdi.

Dörd uşağının atası olan ərini 1920-ci ildə arsen zəhəri ilə öldürür və cinayət işlətməkdən olduqça həzz aldığının fərqinə varır.

Psixoloji problemləri olan qatil, eyni zamanda alkoqol və siqaret aludəçisi idi. Ərini zəhərləməyin ona xoş gəldiyinin fərqinə varınca insan öldürməyi hobbi halına gətirir və cinayətlərini seriyaya çevirir.

Gözü dönmüş qadın 4 əri, 2 uşağı, 2 bacısı, anası, nəvələri və qayınatası birgə ümumilikdə 11 nəfəri qətlə yetirib.

Öldürdüyü 4 ərini cənazələr və görüş evlərindən tapan cani bədbəxt qadın rolunda çıxış edərək başqalarının ona rəhm etməsini təmin edirdi.

Nenni Doss 1954-cü ildə beşinci ərinə arsenli çay hazırlayarkən, cinayət başında yaxalanınca bütün cinayətlərini etiraf etmək məcburiyyətində qalıb.

Cinayətlərin səbəbini araşdıran məsul şəxslərə “Evlilikdən sıxılmışdım!” deyən Doss hər kəsi dəhşətə salmışdı.

Qatil qadın o dönəm qəzet manşetlərində “Qatil, qara dul, ledi mavi saqqal” olaraq anılırdı.

Bütün ailəsinin əzraili olan Nenni Doss 2 iyun 1965-ci ildə xəstəxanada vəfat edib. Onun ölüm səbəbi bilinmir.


Müəllif: Səxavət

Oxşar xəbərlər