19 Mart 2019 16:33
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Yeni Zelandiyada 49 müsəlmanın öldürülməsi ilə yadda qalan terror aktından danışıb.

Teleqraf.com xəbər verir ki, o, terrorçu Brenton Tarrantın cəzasız qalmayacağını bildirib.

Avstraliyalı terrorçuya xitab edən Rəcəb Tayyib Ərdoğan qeyd edib:

“Bunun hesabını verəcəksən. Yeni Zelandiya bunun hesabını səndən istəməsə, biz istəyəcəyik. 50 müsəlmanı qətlə yetirəcək, amma “qanunda belə maddə yoxdur” deyəcəklər. O zaman qanuna bu maddəni əlavə et.

Biz bir səhv etdik, edamı ləğv etdik”.


Müəllif: Mənsur Rəğbətoğlu