23 Mart 2019 09:14
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel mükafatı laureatı Malala Yusufzay Ümumdünya Qadınlar Assambleyasında çıxış etmək üçün ilk dəfə Tokioya gəlib.

Teleqraf.com xəbər verir ki, onun bu gün başlayacaq Ümumdünya Qadınlar Assambleyasında qadınların təhsil almasının əhəmiyyəti barədə çıxışı gözlənilir. M.Yusufzayın assambleya çərçivəsində tərkbində BMT-nin insan hüquqları üzrə Ali komissarı Mişel Baçeletin də olacağı qadın liderlərin diskusiyalarında iştirak edəcəyi bildirilir.

Malala Yusufzay Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşüb. Görüş zamanı Ş.Abe M.Yusufzayın qadınların təhsili sahəsində fəaliyyətini yüksək qiymətləndirib.

Xatırladaq ki, M.Yusufzay 2012-ci ildə Pakistanda yaraqlılar tərəfindən açılan atəşdən sonra ağır yaralanıb. Sağaldıqdan sonra isə qızların və qadınların təhsili üçün xüsusi fond yaradaraq, bunun üçün bütün dünya üzrə ianələr toplayıb. 2014-cü ildə 17 yaşı tamam olan M.Yusufzay Nobel sülh mükafatına layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər