24 Mart 2019 21:39
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Hindistanla sərhəddə yerləşən hərbi bazalarda yaxın mənzilli hava hücumundan müdafiə sistemləri quraşdırıb.

Teleqraf.com xəbər verir ki, bu sistemlərin quraşdırılmasından əsas məqsəd Hindistanın mümkün hava hücumlarının qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir.

Bildirilir ki, Hindistanla sərhəddə beş LY-80 (HQ-16) zenit-raket kompleksi və IBIS-150 radiolokasiya nəzarət batareyası yerləşdirilib ki, bu da uzun məsafədə hava hədəflərini müəyyən etmək və zərərsizləşdirmək gücünə malikdir.

Bundan başqa, Pakistan hərbçiləri Hindistan tərəfdən potensial hücumları nəzarətdə saxlamaq və zərərsizləşdirmək üçün Kəşmir nəzarət xətti boyunca sərhəddə Çinin “Göy qurşağı” CH-4 və CH-5 pilotsuz uçuş aparatlarını da yerləşdirib.


Müəllif: Teleqraf.com