25 Mart 2019 20:35
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yolda hərəkət edən 79 yaşlı şəxs qəfildən yıxılıb. Onun ürəyi və tənəffüs sistemi tamamilə dayanıb.

Teleqraf.com xəbər verir təcili İstanbuldakı xəstəxanalardan birinə çatdırılan Yusif Çingizin ürəyini həkimlər 60 dəqiqə boyunca durmadan masaj edib.

Bundan sonra həyatla vidalaşan qocanın ürəyi fəaliyyətini bərpa edə bilib. İki gün ərzində xüsusi dərmanlar verilən Çingiz daha sonra əməliyyat edilib və həyata qaytarılıb.

Medikal Park Fatih Xəstəxanasının ürək və damar cərrahı Bayer Çinar və qrupu tərəfindən əməliyyat olunan Yusif Çingiz “özümü yenidən doğulmuş kimi hiss edirəm. Qızlarıma və nəvələrimə qovuşdum, çox xoşbəxtəm” deyib.

Əməliyyat zamanı bəlli olub ki, xəstənin sol ana damarının 100 faizi tıxanmış vəziyyətdə olub.


Müəllif: Cavad

Oxşar xəbərlər