Fransa hökumətinin Avropaməsələləri üzrə naziri Natali Luazo (Natalie Loiseau) istefaya gedir.
Teleqraf.com xəbər verir ki, xanım nazir may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə işləmək üçün vəzifəsindən istefa edir. Onun istefası bu gün axşam saatlarında baş tutacaq.
Qeyd edilir ki, indiki halda nazirin istefası Emmanuel Makron komandasından ayrılma kimi qiymətləndirilə bilməz. Əksinə, nazir Makron komandası ilə işləməkdə davam edəcək. Sadəcə onun istefası daha çox vəzifə dəyişikliyi kimi qəbul edilir.