Pentaqon Prezident Donald Trampın Meksika ilə sərhəddə hasar çəkilməsi planının həyata keçirilməsi üçün 1 milyard dollar ayırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan divarın inşası üçün Pentaqonun büdcəsindən 1 milyard dolların istifadə edilməsi üçün müvafiq sənədi imzalayıb.
Pentaqondan verilən yazılı açıqlamada qeyd edilir ki, Müdafiə naziri Şanahan Daxili İşlər Nazirliyi və Gömrük Mühafizə Xidmətinin sərhəd təhlükəsizliyi ilə bağlı fəaliyyətinə 1 milyard dollar dəstək göstərilməsi üçün ABŞ Quru Qoşunları Komandanlığına tapşırıq verib.