28 Mart 2019 11:30
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun hərbi qulluqçusu Yuri Auşev qondarma Donetsk Xalq Respublikasının xüsusi xidmət orqanına Ukrayna Silahlı Qüvvələrinə aid gizli məlumatlar ötürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə qondarma respublikanın Dövlət Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Mixail Popov bildirib.

Onun sözlərinə görə, gənc oğlan müqavilə əsasında xidməti başa çatdıqdan sonra Donetskə qayıdıb. O, bir yığın gizli sənədi yerli xüsusi xidmət orqanına vermək qərarına gəlib.

“Biz artıq yüzlərlə bu cür sənədi öyrənmişik. Onlar orijinal sənədlərdir, qalanları isə öyrənilir”, – deyə M.Popov bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər