Rusiya Prezidenti Vladimir Putinin KQB-də işlədiyi dövrdə məşhur türk rəssamı Erol Akyavaşın1999-cu ildə Sankt-Peterburqdakı sərgisinə qatıldığı ortaya çıxıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu maraqlı fakt İstanbuldakı Nev Qalereyanın özünün 32 illik arxivini ziyarətçilərə açması nəticəsində məlum olub.
Nev Qalereya 1987-ci ildən 2018-ci ilə qədər 101rəssam və sənətçinin 254 sərgisinə dəvət olunan və qatılan qonaqların fotolarını təqdim edib.
Nev Qalereyasının ən məşhur rəssamlardan olan Akyavaşın 1990-cı ildə Peterburqda nümayiş olunan sərginin fotolarından birində indiki Rusiya lideri Putinin də iştirakı ortaya çıxıb.
O zaman Peterburq KQB-də işləyən Putinin sərgiyə sənətsevər və ya KQB agenti kimi gəldiyi bəlli deyil.
Foto Erol Akyavaşın xanımı İlona Akyavaş tərəfindən Nev Qalereyanın sərgisinə göndərilib.