İsrailin baş naziri Binyamin Netanyahu orduya Qəzza bölgəsində genişmiqyaslı əməliyyat keçirməklə bağlı təlimat verib.
Netanyahu Qəzza sərhədində əlavə qüvvələrin toplanması ilə bağlı da tapşırıq verib.
Fələstinlilərin “Torpaq günü”nün 43-cü ildönümü münasibətilə şənbə günü Qəzza sərhədində nümayişlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, İsrail 1976-cı ilin 30 mart tarixində fələstinlilərə aid əraziləri zəbt edib. Fələstin xalqı buna etiraz olaraq ümumilli etirazlara başlayıb. İsrail ordusunun atəş açması nəticəsində 6 fələstinli şəhid olub, yüzlərlə insan yaralanıb. Bu hadisədən sonra fələstinlilər 30 mart tarixini “Torpaq günü” elan ediblər.