Diyarbəkirin Çüngüş qəsəbəsindən rəsmi olmayan məlumatlara görə, bələdiyyə sədri seçilən Səadət Partiyasının nümayəndəsi Əli Suat Ağmeşə bir qrup insanın hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, Əli Ağmeşə və yaxın 3 tərəfdarı hücum zamanı yaralanıb.
Hadisə dünən axşam Çüngüş qəsəbəsinin mərkəzində baş verib. Əli Ağmeşə qəsəbə mərkəzində insanlarla söhbət etdiyi zaman şəxsiyyəti bəlli olmayan şəxslərin hücumuna məruz qalıb. Hadisədən sonra əraziyə daxili qoşunların bölmələri yeridilib.