3 Aprel 2019 10:46
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yüksək Seçim Kurulu (YSK) İstanbul bələdiyyə sədri ilə bağlı 7 qəsəbədə etibarsız səslərin yenidən sayılmasını dayandıran İstanbul Seçim Kurulunun qərarını ləğv edib.

Teleqraf.com xəbər verir ki, YSK həmin qəsəbələrdə etibarsız bülletenlərin sayılması haqda qərar çıxarıb.

CHP İstanbul Seçim Kuruluna müraciət edərək Şilə, Bayrampaşa, Ataşəhr, Umraniyə, Beykoz, Fatih, və Qaziosmanpaşa qəsəbə seçki komissiyalarının verdiyi səs sayma qərarlarına etirazını geri götürüb.

İstanbul Seçim Kurulu bu qəsəbələrdə etibarsız bülletenlərin sayılmasını işlərini dayandırmaq haqda qərar çıxarıb.

Bundan sonra AKP-nin YSK-dakı nümayəndəsi Rəcəb Özəl şikayət verib. YSK gecə saat 01:00 radələrində saatyarım çəkən fövqəladə toplantı keçirib. Gecə saat 02:25-də isə YSK-nin açıqlaması yayılıb.

Açıqlamada 7 qəsəbədə səslərin yenidən sayılması haqda qərar çıxarıldığı bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər