Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan gələn həftə Moskvaya səfər edəcək və Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu səfərlə 2019-cu il ərzində Putin və Ərdoğan üçüncü dəfə bir araya gəlmiş olacaq.
Məlumata görə, Ərdoğan Moskvada Türkiyə-Rusiya Mədəniyyət və Turizm İlinin açılım mərasiminə qatılacaq, habelə Türkiyə-Rusiya Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcək.
Qeyd edilir ki, Moskva səfəri çərçivəsində Prezident Ərdoğan Böyük Teatrda “Troya” operasını izləyəcək.
Xatırladaq ki, Rusiya və Türkiyə liderləri sonuncu dəfə bu ilin yanvarın 23-də görüşüb.