3 Aprel 2019 14:14
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York son illərin ən izdihamlı cənazə törənini yaşayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 1-də vəfat edən yəhudi əsilli Haham Yisroel Avrohom Portugalın cənazə mərasiminə yüz minlərlə insan qatılıb.

Nyu-York polisi bəyan edib ki, törənə 100 minlərlə insanın qatılması səbəbindən o qədər basırıq olub ki, nəticədə 2 polis əməkdaşı yaralanıb.

Nasist Almaniyasından xilas edilən yəhudilər arasında olan Haham Yisroel sonradan ABŞ-a köçüb.

İnternet, telefon kimi texnoloji yenilikləri rədd edən Hahamın cənazə törənində insanlardan xahiş olunub ki, əllərini telefonlara vurduqdan sonra cənazəyə toxunmasınlar.

Ancaq bu xəbərdarlığa baxmyaraq, çoxlu sayda insanın əlində mobil telefonların olduğu görünüb.


Müəllif: Cavad

Oxşar xəbərlər