"ABŞ prezidenti Barak Obama Ukraynada müharibənin genişlənməsində maraqlı deyil və qarşıdurmanın sülh yolu ilə həllini mümkün sayır".
Teleqraf.com-un xəbərinə görə, Obamanın bu mövqeyinin dəyişmədiyi barədə dünən axşam jurnalistlər üçün keçirdiyi brifinqdə dövlət başçısının mətbuat katibi Coş Ernest bildirib.
Obama Rusiyanı "ən azı insanı dəyərlərə görə" münaqişəni genişləndirməməyə çağırıb.
Coş Ernest bildirib ki, rəsmi Vaşinqton Rusiya hərbçilərinin Ukraynada olduğu, separatçıları dəstəklədiyi, hətta Ukrayna hərbçilərinə hücum etdiyini təsdiqləyir.
Nihad