5 Aprel 2019 00:42
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyaya "Metsamor" Atom Elektrik Stansiyasının müasirləşdirilməsi üçün ayırdığı krediti vəsait olmadığına görə qaytara bilmir.

Bunu Ermənistanın energetika və təbii sərvətlər nazirliyinin beynəlxalq əlaqələr üzrə idarəsinin rəisi Tiqran Melkonyan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 19-ci iclasında deyib. Tiqran Melkonyan kreditin ödəmə vaxtının təxirə salınmasını istəyib.

"Metsamor" AES-in istismar müddətinin uzadılması layihəsinin reallaşdırılması işlərinin yubanması ilə bağlı məsələni qaldırmaq istəyirəm. Biz, bir neçə həm obyektiv, həm də subyektiv səbəblər aşkarlamışıq. Layihənin uğurla başa çatması üçün kreditin qüvvədə olma müddətinin uzadılması barədə qərar qəbul etmək lazımdır. Hələlik kredit üzrə illik ödənişlərin yeganə mənbəyi "Metsamor" AES-in elektrik enerjisinin satışından əldə edilən vəsaitdir", - deyə Melkonyan qeyd edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər