9 Aprel 2019 14:50
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Parlamenti Senatının spikeri, ölkənin birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tengrinews.kz” portalı spikerin köməkçisi Saula Mustafayevaya istinadən məlumat yayıb.

“Xeyr, Dariqa Nursultanovna seçki yarışında iştirak etməyə hazırlaşmır”, – deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu gün növbədənkənar seçki keçiriləcəyini bəyan edib. Seçki iyunun 9-da keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər