10 Aprel 2019 14:00
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı jurnalist, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov “Birinci kanal”da qatıldığı tok-şouda Ermənistanın müdafiə naziri David Tonoyanın əslində kim olduğunu ifşa edən açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, tok-şouda NATO-nun Yaxın Şərqdə möhkəmlənməsi məsələsi müzakirə olunarkən jurnalist alyansın Rusiyanın cənub sərhədində – onun yaxın müttəfiqi olan Ermənistanda möhkəmləndiyini vurğulayıb.

O öz fikirlərini bununla əsaslandırıb ki, Ermənistanın hazırkı müdafiə naziri David Tonoyan uzun illər ölkəsinin NATO yanında nümayəndəsi işləyib və hazırda bu xətti davam etdirərək Ermənistanı tədricən NATO-nun “ziyanvericisinə” çevirməkdədir.

Ermənipərəst ekspertlər, gözlənildiyi kimi onun bu sözlərini kəskin etirazla qarşılayıblar.

Sözügedən videonu təqdim edirik.


Müəllif: Səxavət

Oxşar xəbərlər