Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ABŞ-a səfərinin Amerikadakı erməni televiziyalarından heç birində nümayiş etdirilməməsi İrəvan mətbuatını təşvişə salıb.
Teleqraf.com xəbər verir ki, bunu hakimiyyətə gəlişindən bir il keçsə də, Paşinyanın diasporun etibarını qazana bilməməsi ilə əlaqələndirirlər.
Xəbərlərə görə, ABŞ-da fəaliyyət göstərən erməni diasporuna əvvəlcədən Anna Akopyanın yardım toplamaq üçün ABŞ-a gedəcəyi barədə məlumat verilib, amma erməni TV-ləri və imkanlı ermənilər Akopyandan gizlənməyə çalışıb.
Paşinyanın həyat yoldaşının ABŞ səfərindən cəmi 150 min dollar əldə etdiyi bildirilir.