10 Aprel 2019 17:23
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda cinsi azlıqların haqlarının müdafiəsi ilə məşğul olan bir sıra təşkilatlar bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Naira Zöhrabyandan şikayət məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda AŞPA-dan Naira Zöhrabyanın cinsi azlıqlara qarşı kobud davranışlarına görə fikir bildirməyi tələb edilib.

Məlumata görə, məsələ AŞPA-nın növbəti iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, aprelin 5-də Ermənistan parlamentinin iclasın da gözlənilmədən kürsüyə yaxınlaşan “Hüquq Cəbhəsi” İctimai Birliyinin sədri, transseksual Lilit Martirosyan çıxış etməyə başlayıb.

O, deputatların qarşısında Ermənistanda yaşayan cinsi azlıqlara təzyiqlərdən danışıb. Parlamentin iclasında sədrlik edən Naira Zöhrabyan isə onun çıxışını yarımçıq kəsərək, kürsüdən uzaqlaşdırıb.

Ermənistanın LGBT icması isə Zöhrabyanın bu davranışını ayrı-seçkilik və cinsi azlıqların haqlarının pozulması kimi qiymətləndirib.

Baş nazir Nikol Paşinyan bunu keçmiş hakimiyyətin siyasi təxribatı adlandırdığı halda, Avropa İttifaqı və BMT cinsi azlıqların haqlarının pozulmasına görə Ermənistan iqtidarını xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər