11 Aprel 2019 12:32
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda məktəblilərin dərs vaxtı mobil telefonlardan istifadə məhdudlaşdırıla və təhsil müəssisələri mobil telefonların saxlanılması üçün xüsusi qutularla təchiz oluna bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin tərbiyə işi və gənclər siyasəti baş idarəsinin rəisi Eduard Tomilçik bildirib.

O qeyd edib ki, bununla bağlı martın 11-də “Ümumi orta təhsil müəssisələrində girişə nəzarətin təşkilinin təsdiq edilməsi haqqında” əmr imzalanıb:

“Bu əmr digər məqamlarla yanaşı vilayət və Minsk şəhər icra hakimiyyətinə şagirdlərin mobil rabitədən dərs prosesi zamanı istifadə etməsini tənzimləyir.

Təklif olunur ki, dərs ərzində şagirdlərin mobil rabitədən istifadəsini məhdudlaşdırılsın. Şagirdlərin mobil telefonlarının dərs zamanı müvəqqəti saxlanılması üçün sinif otaqlarını xüsusi qutularla təchiz etmək təklif olunur”.


Müəllif: Səxavət

Oxşar xəbərlər