15 Aprel 2019 07:45
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında yaşayan və dünyada ən təhlükəli quş hesab olunan kazuar saxlandığı fermada öz sahibini öldürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Gainesville Sun" nəşri xəbər yayıb.

75 yaşlı fermer quşlara yem vermək üçün qəfəsə daxil olarkən yıxılıb. Kazuar huşunu itirən fermeri dimdikləyərək həyatına son qoyub.

Kazuarlar strauslardan sonra yer kürəsində ən böyük quşlar hesab edilirlər. Onların boyu iki metrə, çəkiləri 60 kiloya çatlr.

10 santimetrlik dimdikləri olduqca təhlükəlidir.


Müəllif: Teleqraf.com