İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə ittiham olunaraq ölümə məhkum edilən daha 2 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, edamlar 4 gün əvvəl baş versə də, bu barədə məlumat yeni yayılıb.
Məlumata görə, 5 il əvvəl Məşhəd şəhərində 11 kiloqramlıq narkotik maddə qaçaqmalçılığına görə həbs edilən məhkumlar Taha Şirdoxt və Kazım Minayi aprelin 11-də Adilabad həbsxanasının həyətində dara çəkiliblər.
Edam edilən şəxslərin məhkəmə prosesi barədə məlumat verilməyib.