Ukrayna prezidentliyinə namizədlər Vladimir Zelenski və Petro Poroşenkonun Kiyevin mərkəzindəki “Olimpiya” stadionunda keçiriləcək debatı dünyanın 20 ölkəsində yayımlanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna İctimai Televiziyasının rəhbəri Zurab Alasaniya məlumat verib.
O qeyd edib ki, debatın yayımı üçün siqnal açıq olacaq, bütün kanallar rahatlıqla yayımlaya bilərlər.
Stadionda debat aprelin 19-u, saat 19:00-da başlayacaq. Ukrayna Daxili İşlər Nazirliyi debatlarda təxminən 60 min seçicinin iştirak edəcəyini proqnozlaşdırır. Debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvəsi cəlb ediləcək.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Seçkinin ikinci turu aprelin 21-də baş tutacaq.