21 Aprel 2019 18:28
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şri-Lankanın Kolombo, Neqombo və Bettikaloa şəhərlərində törədilən terror aktları nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.

Bu barədə “Nyus First” kanalı məlumat yayıb.

***

Şri-Lankanın Kolombo şəhərində 3 oteldə və 1 kilsədə, o cümlədən Neqombo və Bettikaloa şəhərlərində kilsələrdə partlayışlar baş verib.

Nəticədə azı 160 nəfər həlak olub, 360 insan isə yaralanıb.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

***

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 3 oteldə partlayış baş verib.

Teleqraf.com-un məlumatına görə, partlayışlar nəticəsində azı 20 nəfər həlak olub.

Bildirilir ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayışların digər təfərrüatları barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com