Qanada evinin yaxınlığında gəzərkən qaçırılan Estoniyanın baş konsulu və missiya rəhbəri Nabil Makram Basbous yerli təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində xilas edilib.
Teleqraf.com xəbər verir ki, 61 yaşlı diplomat bir gün ərzində Tema şəhəri yaxınlığındakı evdə əsir saxlanılıb. Konsulu qaçıranlar onun sərbəst buraxılması müqabilində pul tələb edirdilər.
Hadisə yerindən diplomatın qaçırılması zamanı istifadə olunan silahlar da tapılıb.