23 Aprel 14:43

İdlibin Felyun və Kurin kəndlərinə hava hücumu təşkil olunub.

Teleqraf.com xəbər verir ki, hava hücumu zamanı itkilər qeydə alınmayıb.

İdlibin mərkəzi yaxınlarında qeydə alınan hava hücumu ilə bağlı sosial şəbəkələrdə “Lazkiyədə yerləşən rus hərbi bazasından 3 qırıcı havaya qalxaraq hücum təşkil edib” şəklində xəbərlər yayılıb.


Müəllif: Cavad