Şri Lankada daha bir partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayış ölkənin paytaxtı Kolombodakı kinoteatrlardan birinin yaxınlığında qeydə alınıb.
Müdafiə naziri Ruvan Vijevarden bəyan edib ki, proses nəzarətdədir.
Nazir əlavə edib ki, kinoteatr yaxınlığında şübhəli motoskilet zərərsizləşdirilib.