ABŞ-ın paytaxtı Vaşinqtonda bir araya gələn yüzlərlə türk və azərbaycanlı ermənilərə etiraz edib.
Teleqraf.com xəbər verir ki, 1915-ci il hadisələri ilə əlaqədar Türkiyənin Vaşinqtondakı səfirliyinin binası qarşısında aksiya keçirən ermənilərə cavab olaraq bu ölkədə yaşayan türkiyəli, azərbaycanlı və Axsıxa türkləri bir araya gəlib.
Vaşinqton polisinin ciddi nəzarəti altında baş tutan etiraz aksiyasında İstiqlal marşı oxunub.
Aksiya iştirakçıları erməni terrorçularının şəhid etdiyi türkiyəli diplomatların adlarını oxuyub.
Qarşılıqlı şüarların səsləndiyi aksiya 2 saat yarım davam edib.