İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Şimali Koreyaya səfər edəcək.
Teleqraf.com İran KİV-inə istinadla xəbər verir ki, nazir səfər tarixinin yaxın zamanda açıqlanacağını bildirib.
O, yaxın 10 gün ərzində Rusiyaya gedərək ikitərəfli münasibətlər barədə müzakirələr aparılacağını da söyləyib.