30 Aprel 2019 10:50
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boğzaçı Universitetindəkı çıxışında Mustafa Kamal Atatürkü təhqir edən yunan əsilli ingilis yazıçı Həmzə Andreas Tzortzisin fikirləri bir vaxt Türkiyədə ciddi səs-küy yaratmışdı.

Teleqraf.com xəbər verir ki, Atatürkə həqarət edən ingilis yazarın bir vəqf proqramına moderator olaraq qatıldığı və buna görə mükafatlandırıldığı məlum olub.

İşin ən maraqlı tərəfi odur ki, İstanbul Bələdiyyəsi Atatürkü təhqir edən yazıçıya şərait yaradan vəqfə 5 milyon 993 min 775 türk lirəsi xərcləyib.

Qeyd edək ki, Boğzaçı Universitetində Boğazçı İslam Cəmiyyəti tərəfindən təşkil edilən proqramdakı çıxışında Həmzə Andreas Tzortzis ad çəkmədəm Atatürk və silahdaşlarına işarə edərək “İslamı bu ölkədə ləğv etməyə çalışdılar, çadraları yığışdırdılar, əzanı qadağan etdilər, ərəbcəni sildilər, islam təhsilinə qadağa qoydular. Bu Allahın dostudur, yoxsa şeytanın?” ifadəsini işlədərək Qazi Mustafa Kamala işarə eləmişdi.

Həmzə Andreas Tzortzis 2017-ci ildə başqa bir təşkilatın proqramına da qatılıb. Burada çıxış edib və mükafatlandırılıb. Bu günlərdə isə bəlli olub ki, İstanbul Bələdiyyəsi Həmzə Andreas Tzortzis üçün proqram hazırlayan yerli təşkilata 10 bina kirayələyib və buna görə ümumilikdə 6 milyon türk lirəsi xərcləyib.


Müəllif: Cavad

Oxşar xəbərlər