Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Yukia Amano ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının mövcud vəziyyəti müzakirə edilib.
Müzakirələrdə Ermənistan tərəfinə AES-də təhlükəsizlik tədbirlərinin artırılması tövsiyə olunub.
Qeyd edək ki, uzun illərdir yararsız vəziyyətdə olan AES-in bağlanmasına görə, Ermənistana dəfələrlə xəbərdarlıq edilib. Ermənistan tərəfi isə Cənubi Qafqaz və bölgənin digər dövlətlərini təhlükə altına qoyan stansiyanı bağlamaq niyyətində olmadığını nümayiş etdirib.
Buna görə də, Ermənistan KİV MAQATE rəhbərinin səfərinin təsadüfi olmadığını və stansiyaya kompleks baxışın keçiriləcəyini iddia edir.