Türkiyənin Dənili şəhərində firma sahibi iki güllə yarası alsa da, ona tapança ilə hücum edən şəxsi zopa ilə döyərək otağından qova bilib.
Teleqraf.com xəbər verir ki, iş adamı Ercan Sərtin üzləşdiyi silahlı hücumun videogörüntüləri ortaya çıxıb.
Görüntülərdə iki güllə yarası almasına baxmayaraq, Ercan Sərtin ona tapança ilə atəş açan Doğan. H adlı şəxsi zopa ilə döyərək otağından qovması əks olunub.