2 May 2019 12:57
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo Avropa turuna çıxır.

Teleqraf.com xəbər verir ki, ABŞ-Rusiya münasibətlərində gərginliyin müşahidə olunduğu bir vaxtda Pompeonun bu səfəri ciddi nüanslardan xəbər verir.

Mayın 6-da o, Finlandiyada olacaq, burada Arktika Şurası ölkələri xarici işlər nazirlərinin toplantısına qatılacaq.

Finlandiya səfərindən sonra dövlət katibi Berlinə gələcək. Mayın 7-də Berlində kansler Angela Merkellə görüşəcək. Daha sonra Almaniya xarici işlər naziri Heiko Massla müzakirələr aparacaq. Berlin müzakirələrində əsasən Ukrayna, Rusiya, Çin, Suriya və Balkanlarda müşahidə edilən proseslər və ortaq narahatlıqlar diqqət mərkəzində olacaq.

Mayk Pompeo martın 8-də Londona yola düşəcək. Burada Baş naziri Tereza Meylə görüşdə o, əsasən qlobal vəziyyəti və ikili əlaqələri müzakirə edəcək.

Dövlət katibinin sonuncu dayanacağı isə Qrenlandiya olacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın da Avropa səfəri üçün hazırlıqlar aparılır. Prezidentin Paris, London və Berlində görüşlər keçirəcəyi bildirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər