4 May 2019 20:00
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Norveçdəki səfirliyində diplomatik missiya üçün nadir sayılan təntənəli hadisə – nikah mərasimi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tengrinews.kz məlumat yayıb.

Səfirliyin “Feysbuk” səhifəsində yerləşdirilmiş xəbərə görə, yeni evlənənlər Norveçin Cənub-Şərq Universitetinin doktorantı Eljas Jaksılık və İspaniyanın Gijon Universitetinin magistrantı Asel Elyubayevadır.

Cütlük Almatı şəhərindəki bir universitetdə bakalavr təhsili alarkən tanış olublar. Bu xoşbəxt hadisəni bölüşmək üçün gənclərin dostları Qazaxıstandan Osloya gəliblər. Onlar həmçinin nikah şahidi olublar.

Nikah haqqında şəhadətnamə gənclərə Qazaxıstanın Norveçdəki fövqəladə və səlahiyyətli səfiri Erkin Axıncanov tərəfindən təqdim edilib. Qeyd edilib ki, səfir Osloya bugünlərdə gəlib və etimadnaməsini Norveç kralı V Haralda təqdim etməyib.

“Cütlük bir ay əvvəl səfirliyə ərizə və lazımi sənədlərlə müraciət etdilər. Bu, bizim səfirliyin tarixində imzalanmış ilk nikahdır”, – səfirliyin konsulu Azat Matenov bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər