ABŞ Prezidenti Donald Tramp Qəzzadan İsrailə atılan raket zərbələrini əsas gətirərək İsrailin cavab tədbirinə dəstək verdiyini elan edib.
Teleqraf.com xəbər verir ki, Tramp öz fikrini Tvitter üzərindən açıqlayıb:
“İsrail Həmas və İslam Cihad terror təşkilatlarının ölümcül raket hücumlarına məruz qalıb. İsraili vətəndaşlarının təhlükəsizliyini təmin etmək məsələsində yüzdə yüz dəstəkləyirəm”.
Qəzza xalqına xitab edən Tramp bildirib ki, İsrailə qarşı bu terrorçu tədbirlər sizə səfalətdən başqa bir xeyir gətirməyəcək: “Təcavüzü dayandırın və sülh üçün çalışın. Bu ola bilər...”