6 May 2019 16:01
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Çin arasındakı Cənubi Çin dənizi gərginliyi yenidən qızışıb.

Teleqraf.com xəbər verir ki, ABŞ hərbi donanmasına məxsus iki döyüş gəmisinin münaqişəli əraziyə yaxınlaşması Çin tərəfindən təxribat adlandırılıb.

Məlumatda iki Amerika gəmisinin Spratli adalarının 12 dəniz mili yaxınına gəldiyi bildirilib.

Çin xarici işlər naziri Genq Şuanq açıqlama yayaraq, ABŞ-ın bu həmləsini Çinin suverenliyinə qarşı təhdid olduğunu bildirib və bölgədə qarşıdurma riskini artırdığını vurğulayıb. Bu addımı təxribat adlandıran çinli nazir gəmilərin dərhal bölgədən uzaqlaşdırılmasını tələb edib.

Cənubi Çin dənizi üzərində artan gərginliyin ABŞ və Çin arasında ticarət savaşının yeni mərhələsi kimi qiymətləndirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər