Nigeriyanın paytaxtı Niameydə yanacaq tankerinin partlaması 55 nəfərin ölümünə səbəb olub.
Teleqraf.com xəbər verir ki, tanker park edərkən aşıb və daşıdığı yanacaq maddəsi də sızıntıya məruz qalıb.
Tankerdən axan yanacaq ətrafda olan insanların diqqətini cəlb edib. Onlar sızan yanacağı borularla çəkməyə başlayıblar. Bu zaman tankerin olduğu yerə motosiklet gəlib.
Partlayışa motosikletin motorunda yaranan qığılcım səbəb olub.
Qeyd edək ki, hadisə zamanım 55 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.