ABŞ prezidenti Donald Tramp İran hökumətinə səmimi olaraq ikitərəfli görüş keçirməyi təklif edir.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə baş direktoru Viktoriya Kouts telefonla keçirdiyi brifinqində bildirib.
“Donald Tramp İran rejimi ilə görüş keçirmək təklifində səmimidir və prezident onların bunu qəbul edərək İran xalqının layiq olduğu gələcəyi təmin etməyə başlayacaqlarına ümidvardır”, - Ağ Ev rəsmisi qeyd edib.