İrəli sürdüyü proqnozların doğrulmasından sonra “zəlzələlər peyğəmbəri” adını alan Frank Hoogerbeets yeni zəlzələ xəbərdarlığı ilə çıxış edib.
Teleqraf.com xatırladır ki, o, ən pis ssenariyə görə azı 8 bal gücündə bir zəlzələnin baş verəcəyini bildirib.
Qeyd edək ki, Frank Hoogerbeets hələ fevralın son iki həftəsinə diqqət çəkərək meqa zəlzələ olacağını açıqlamışdı. Bundan az sonra Ekvadorda 7,5 bal gücündə zəlzələ baş verdi.
Türkiyəyə də xəbərdarlıq edən “zəlzələ peyğəmbəri”nin proqnozu düz çıxdı və martın 20-də Dənizlidə 5,5 bal gücündə zəlzələ qeydə alındı.