10 May 2019 10:24
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə Faysal bin Bandar Əl Səud ona verilən qəhvənin türk qəhvəsi olduğunu bildikdə ondan imtina edib.

Teleqraf.com xəbər verir ki, Ər-Riyadın valisi və Səudiyyə Məclisinin üzvü olan şahzadənin belə reaksiyası Kral ailəsinin Türkiyəyə münasibətinin göstəricisidir.

Yayılan videoda şahzadə Faysan bin Bandar avtomobilində ona verilən qəhvə haqqında soruşduqda “Türkiyədən Məhmət Əfəndi qəhvəsidir” cavabını alır. Şahzadə qəhvəni içməkdən imtina edir.

Şahzadə Abdullah Bin Sultan Əl Səud bu videonu özünün tvitter hesabından paylaşaraq bu sözləri yazıb: “Bu gün Səudiyyə vətəndaşı olaraq Türkiyənin bizə yönəlik siyasətini dəyişmədiyi müddətdə bu ölkədən gətirilən, hətta gömrükdən keçən bütün məhsulları boykot edəcəyimi elan edirəm. Nə bizim, nə də hökumətimizin onlara və məhsullarına ehtiyacı var”.

Şahzadənin bu paylaşımını qısa müddət ərzində 420 min dəfə izlənilib.


Müəllif: Cavad

Oxşar xəbərlər