2019-cu ilin ilk üç ayı ərzində Rusiyada mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilən cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin kriminal durumla bağlı hesabatında bildirilir.
"Mütəşəkkil cinayətkar qruplar və ya cinayətkar birliklər tərəfindən bu ilin ilk üç ayı ərzində 6,1 min ağır və xüsusi ağır cinayətlər törədilib", - sənəddə bildirilir.