12 May 2019 12:12
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanma hava yollarına məxsus “Embraer 190” tipli təyyarə Mandalay şəhər hava limanında ön şassinin açılmaması səbəbindən qəza enişi edib.

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, 80 sərnişin və heyət üzvlərindən ibarət təyyarədə xəsarət alan olmayıb.

Təyyarənin paytaxt Yanqondan Mandalaya uçduğu bildirilir. Yerli vaxtla səhər 9:00 radələrində pilotlar enişə başlayarkən ön şassinin açılmadığını müəyyən ediblər. Pilotların ustalığı sayəsində təyyarə qəzasız eniş edə bilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər