13 May 2019 10:16
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika hökuməti Səudiyyə Ərəbistanına silah satışını yenidən gözdən keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Didier Reynders RTBF kanalına deyib.

Nazir bildirib ki, əgər Yəmən və digər qarşıdurma nöqtələrində Belçika istehsalı olan silahdan istifadə edilməsi ortaya çıxarsa Səudiyyəyə silah satışı yenidən gözdən keçirilə bilər.

Belçika konstitusiyasına əsasən, silah satışına qadağa silah istehsal edən şirkətlərin yerləşdiyi bölgə hakimiyyəti tərəfindən verilməlidir.

Qeyd edək ki, Belçikada bəzi jurnalist və vətəndaş cəmiyyəti qurumlarının apardığı araşdırmaya görə, Səudiyyə Ərəbistanı Belçikadan idxal etdiyi silah və hərbi ləvazimatları Yəməndəki müharibədə istifadə edir.


Müəllif: Cavad

Oxşar xəbərlər