13 May 2019 15:54
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir Nikol Paşinyan cəsarətli olmalı, Krımı Rusiyanın ərazisi kimi tanımalı və NATO ilə bütün əlaqələri dayandırmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözlər “Erməni Qartalları” partiyasının lideri Xaçik Asryanın Ermənistan baş nazirinə çağırışında yer alıb.

O, Rusiya ilə münasibətlərin pisləşməsinin Paşinyana baha başa gələcəyini bildirib:

“Rusiya ilə münasibətlər qaydaya salınmalıdır. Əks halda, Paşinyanın qum üzərindəki qalası çökəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanın təhlükəsizliyini təmin edən və buna qarantiya verən yeganə müttəfiq Rusiyadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər